HAL. Sədaqət Kərimovanın filmi

HAL. Sədaqət Kərimovanın filmi01:48:59

HAL. Sədaqət Kərimovanın filmi videosi uchun yuklab olish ma'lumotlari va tafsilotlari

Muallif:

Sedaget Kerimova

Chop etilgan sana:

03/05/2025

Ko'rishlar soni:

126.3K

Tavsif:

Ləzgi inanclarında Hal (Alpab) meşədə sərgərdan dolaşan, insanlara yovuşmayan, uzun saçları yerlə gedən bədbəxt qadındır. Deyilənlərə görə o, ailəsində faciə yaşadıqdan sonra dəli olub çöllərə düşüb. İnsanlara bir pisliyi keçməsə də, onun varlığı həmişə qorxu və dəhşət yaradır. İnsan mənəviyyatı və əxlaqi dəyərlər haqqında söhbət açılan bu filmə "Hal" adı təsadüfən verilməyib. Həyatında sarsıntı yaşamış hər bir qadının həyatında reallıqdan ayrılıb hala çevrildiyi bir an olur. Dünyanın təməlinin qarşılıqlı məhəbbət üzərində qurulduğunu tamaşaçılara özünəməxsus şəkildə təlqin edən "Hal" filmi sevgisizlik və ümidsizliyin, qəddarlıq və şiddətın insan talelərini amansızlıqla dəyişdirməsindən, ailələrə gətirdiyi faciələrdən bəhs edir. Film cəmiyyətin bəzi təbəqələrində hələ də hökm sürən köhnə adət-ənənələrin, patriarxal düşüncənin qurbanına çevrilən gənclərin həyatda üzləşdiyi çətinliklərdən söhbət açır. Bu ekran əsəri tamaşaçılara insanın yanındakı əziz adamına layiqincə dəyər verməməyinin faciəvi nəticələrini, onu itirəndən sonra çəkdiyi əzabları hiss etdirir. Yan-yörəmizdə baş verən ailə faciələrinin, çox zaman cəmiyyət tərəfindən eşidilməyən səssiz fəryadların ekran təcəssümü olan bu filmin məqsədi zorakılığa, insanın mənəvi istismarına yox deməkdir.